Bir neçə gün öncə Almaniyanın 2-ci Bundesliqa təmsilçisi "Kayzerslatern"ə keçən azərbaycanlı futbolçu Mahir Emreli yeni komandasında debüt edib.
Offsideplus.az xəbər verir ki, 27 yaşlı hücumçu mövsümün rəmzi açılışını xarakterizə edən "Saar/Lüksemburq fanat yığmasın"na qarşı yoldaşlıq görüşündə mübarizə aparıb.
Oyun "Kayzerslautern"in 19:0 hesablı qələbəsi ilə nəticələnib.
Matça start heyətdə başlayan Mahir 45 dəqiqə çıxış edib. O, fasilə ərəfəsində komandasının 5-ci qolunu vurub.
Qarşılaşmanı 2350 tamaşaçı izləyib.
Qeyd edək ki, ötən mövsüm 2-ci Bundesliqanın digər komandası "Nürnberq"də oynayan Emreli "Kayzerslautern"lə 2028-ci ilədək müqavilə imzalayıb.