AZ

Mahir Emreli "Kayzerslautern"də ilk qolunu vurdu

Bir neçə gün öncə Almaniyanın 2-ci Bundesliqa təmsilçisi "Kayzerslatern"ə keçən azərbaycanlı futbolçu Mahir Emreli yeni komandasında debüt edib.




Referans xəbər verir ki, 27 yaşlı hücumçu mövsümün rəmzi açılışını xarakterizə edən "Saar/Lüksemburq fanat yığmasın"na qarşı yoldaşlıq görüşündə mübarizə aparıb.



Oyun "Kayzerslautern"in 19:0 hesablı qələbəsi ilə nəticələnib.



Matça start heyətdə başlayan Mahir 45 dəqiqə çıxış edib. O, fasilə ərəfəsində komandasının 5-ci qolunu vurub. 



Qarşılaşmanı 2350 tamaşaçı izləyib.



Qeyd edək ki, ötən mövsüm 2-ci Bundesliqanın digər komandası "Nürnberq"də oynayan Emreli "Kayzerslautern"lə 2028-ci ilədək müqavilə imzalayıb.

Seçilən
0
9
referans.az

10Mənbələr