AZ

Mahir Emreli "Kayzerslautern"də ilk qolunu vurub

Azərbaycan millisinin keçmiş üzvü Mahir Emreli Almaniyanın "Kayzerslautern" klubundakı ilk oyununa çıxıb.

News365.az xəbər verir ki, 27 yaşlı hücumçu yeni komandasında yoldaşlıq görüşündə debüt edib.

O, "Saar/Lüksemburq fanat yığması"na qarşı keçirilən qarşılaşmada start heyətində meydana çıxıb və ilk hissədə 45 dəqiqə oynayıb. Mahir fasiləyə az qalmış komandasının 5-ci qoluna imza atıb.

Yoldaşlıq oyunu "Kayzerslautern"in 19:0 hesablı inamlı qələbəsi ilə başa çatıb. Görüşü stadiondan 2 350 azarkeş izləyib.

Seçilən
17
9
news365.az

10Mənbələr