AZ

Mahir Emreli "Kayzerslautern"də ilk qolunu vurdu

Bir neçə gün öncə Almaniyanın 2-ci Bundesliqa təmsilçisi "Kayzerslatern"ə keçən azərbaycanlı futbolçu Mahir Emreli yeni komandasında debüt edib.

27 yaşlı hücumçu mövsümün rəmzi açılışını xarakterizə edən "Saar/Lüksemburq fanat yığmasın"na qarşı yoldaşlıq görüşündə mübarizə aparıb.

Oyun "Kayzerslautern"in 19:0 hesablı qələbəsi ilə nəticələnib.

Matça start heyətdə başlayan Mahir 45 dəqiqə çıxış edib. O, fasilə ərəfəsində komandasının 5-ci qolunu vurub.

Qarşılaşmanı 2350 tamaşaçı izləyib.

Qeyd edək ki, ötən mövsüm 2-ci Bundesliqanın digər komandası "Nürnberq"də oynayan Emreli "Kayzerslautern"lə 2028-ci ilədək müqavilə imzalayıb.  (Offsideplus.az)

Seçilən
6
9
musavat.com

10Mənbələr