AZ

Tramp Qəzzadakı girovların azad olunmasına çağırıb

BAKI, TurkicWorld

ABŞ prezidenti Donald Tramp Qəzza ilə bağlı razılaşmaya və girovların azad olunmasına çağırıb.

TurkicWorld xəbər verir ki, bu barədə o "Truth Social" platformasında yazıb.

“Qəzza üzrə razılaşma olmalıdır, girovlar geri qaytarılmalıdır!!!” – deyə, o bildirib.

Bundan əvvəl Tramp bəyan etmişdi ki, Qəzza zolağında münaqişənin tənzimlənməsi istiqamətində əhəmiyyətli irəliləyiş əldə olunub. Onun sözlərinə görə, ABŞ-ın İranda yerləşən nüvə obyektlərinə endirdiyi zərbələr Qəzzada saxlanılan girovların azad olunmasına kömək edə bilər.

Seçilən
29
40
turkic.world

10Mənbələr