AZ

ABŞ Yaponiya və Cənubi Koreyadan gələn mallara rüsum tətbiq edir » AzadMedia.az


Tramp: Avqustun 1-də ABŞ Yaponiya və Cənubi Koreyadan idxal edilən bütün mallara rüsum tətbiq edəcək

Avqustun 1-dən ABŞ Yaponiya və Cənubi Koreyadan Amerika bazarına idxal edilən bütün mallara 25%-lik vahid tarif tətbiq edəcək. Bu barədə ABŞ prezidenti Donald Tramp Truth Social-da məlumat verib.

"Biz bu ölkələrin tarif və qeyri-tarif maneələri nəticəsində yaranan ticarət kəsirlərinə son qoymalıyıq. <...> Ona görə də daxil olan istənilən mallara 25% vergi tətbiq edirik", - o yazıb.

Ağ Ev rəhbərinin sözlərinə görə, Yaponiya və Cənubi Koreyadan cavab tədbirləri görülərsə, ABŞ rüsumları əlavə olaraq artırmaq hüququnu özündə saxlayır.

Aprel ayında Tramp 185 ölkə üçün idxal rüsumlarının yeni sistemini tətbiq edib. Baza dərəcəsi bütün idxal olunan mallar üzrə 10%, bəzi ölkələr üçün isə xeyli yüksək olub – Çin üçün 34%, Vyetnam üçün 46% və Avropa İttifaqı üçün 20%. Buna cavab olaraq Çin də Amerika mallarına 34% rüsum tətbiq etdi. Dünya ölkələrinin liderləri Trampın qərarını pisləyib, cavab tədbirləri ilə hədələyiblər.

İyul ayında Tramp bildirib ki, ABŞ BRİKS siyasətini dəstəkləyən ölkələrə qarşı 10% əlavə ticarət rüsumları tətbiq edəcək. Onun sözlərinə görə, BRİKS-in “antiamerikan siyasətini” dəstəkləyən istənilən ölkəyə münasibətdə 10% əlavə rüsum tətbiq olunacaq. Eyni zamanda Tramp istisnaların olmayacağını vurğulayıb.

Xəbər əlavə olunur
Seçilən
20
50
azadmedia.az

10Mənbələr