BAKI. 7 iyul. TELEQRAF
ABŞ Qazaxıstan və Malayziyadan gələn mallara 25%, Cənubi Afrika Respublikasından idxal edilən mallara 30%, Laos və Myanmadan gələn mallara isə 40% rüsum tətbiq edəcək.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Trampın sözügedən dövlətlərin başçılarına göndərdiyi məktublarda deyilir.
Qərarlar 1 avqust tarixindən qüvvəyə minəcək.