AZ

Zakir Həsənov Pakistan tərəfinə başsağlığı verib

Bakı. Trend:

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnikZakir Həsənov Pakistan İslam Respublikası Silahlı Qüvvələrinin QuruQoşunları komandanı feldmarşal Asim Munirə başsağlığıünvanlayıb.

Müdafiə Nazirliyinin Mətbuat və ictimaiyyətlə əlaqələridarəsindən Trend-ə bildirilib ki, başsağlığında deyilir: “İyunun28-də Pakistanın Şimali Vəziristan bölgəsində 13 hərbçinin həyatınason qoyan, mülki şəxslər də daxil olmaqla çoxlu sayda insanınyaralanmasına səbəb olan dəhşətli terror aktı nəticəsində həlakolan və yaralananlarla bağlı xəbər məni hədsiz kədərləndirdi.

Biz terrorun bütün növ təzahürlərini qətiyyətlə qınayırıq.

Baş vermiş partlayış nəticəsində həlak olanlara rəhmət diləyir,onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznləbaşsağlığı verir, Allahdan bütün yaralılara şəfa diləyirəm.

Seçilən
2
24
az.trend.az

10Mənbələr