Xuliqanlıq və dələduzluqda ittiham olunan hüquq müdafiəçisi Rüfət Səfərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aygün Qurbanovanın sədrliyi ilə keçirilən prosesdə Rüfət Səfərovun anket məlumatları dəqiqləşdirilib.
Prosesdə vəkil Elçin Sadıqov Rüfət Səfərovun yanında əyləşməsi üçün vəsatət verib. Məhkəmə vəsatəti təmin edib. Vəkil Rüfət Səfərovun barəsində olan həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması üçün vəsatət verib. Məhkəmə vəsatəti təmin etməyib.
Daha sonra cinayət işinin məhkəmə baxışına verilməsi ilə bağlı qərar qəbul olunub.
Növbəti məhkəmə prosesi iyulun 14-ə təyin olunub.