AZ

Məhkəmə Rüfət Səfərovun vəsatətini təmin etdi

ain.az xəbər verir, Modern.az saytına əsaslanaraq.

Xuliqanlıq və dələduzluqda ittiham olunan hüquq müdafiəçisi Rüfət Səfərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Modern.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aygün Qurbanovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Prosesdə Rüfət Səfərovun vəkili Elçin Sadıqov müvəkkilinin yanında əyləşməsi və onun barəsində olan həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması üçün vəsatətlər verib. Məhkəmə təqsirləndirilən şəxsin vəkilinin yanında əyləşməsi üçün verilən vəsatəti təmin edib, ev dustaqlığına buraxılması üçün olan vəsatət isə təmin edilməyib.

Sonra cinayət işinin məhkəmə baxışına verilməsi ilə bağlı qərar qəbul olunub.

Növbəti iclas iyulun 14-nə təyin olunub.

Qeyd edək ki, Rüfət Səfərov ötən il dekabrın 3-də saxlanılıb. Binəqədi rayon Polis İdarəsində ona qarşı Cinayət Məcəlləsinin 221.1 (xuliqanlıq), 127.2.3 (Qəsdən sağlamlığa az ağır zərər vurma, ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə törədildikdə) və 178.3.2 (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
6
15
modern.az

10Mənbələr