AZ

Naxçıvanda ağır qəzada vəzifəli şəxs həlak oldu, hamilə yoldaşı xəsarət aldı

Naxçıvanda baş verən qəzada ölən və xəsarət alanların kimliyi məlum olub...

Poliqon APA-ya istinadən xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublika Xəstəxanasının həkimi Əlisahib Həsənli məlumat verib.

O bildirib ki, qəzada hamilə qadın, Qıvraq qəsəbə sakini, 2000-ci il təvəllüdlü Xanım Müşviq qızı Məmmədova və Şərur rayonu Cəlilkənd sakini, 1981-ci il təvəllüdlü Yaməddin Şəmsəddin oğlu İsayev xəsarət alıblar, vəziyyətləri ağırdır.

Qeyd edək ki, qəza zamanı Qıvraq qəsəbə sakini, 1996-cı il təvəllüdlü Emin Rza oğlu Məmmədov və 1974-cü il təvəllüdlü Davud Yaqub oğlu Məmmədzadə həlak olublar.

Qeyd edək ki, Emin Məmmədov və Xanım Məmmədova ər-arvaddırlar. Eyni zamanda, E.Məmmədov Kəngərli rayonu Qıvraq qəsəbəsinin icra nümayəndəsi vəzifəsində çalışırdı.

***

Naxçıvan MR-də iki avtomobilin iştirakı ilə baş vermiş ağır yol-nəqliyyat hadisəsində 2 nəfər ölüb, yaralananlar var.

“Report”un yerli bürosu xəbər verir ki, olay Naxçıvan – Sədərək magistralının Kəngərli rayonu ərazisindən keçən hissəsində baş verib.

Belə ki, “NAZ Lifan” markalı avtomobillə “Qazel” markalı avtomobil toqquşub. Yaralılar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.

Hadisə yerinə Daxili İşlər və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunublar.

Faktla bağlı araşdırma aparılır.

Poliqon.info

Seçilən
9
21
poliqon.info

10Mənbələr