Naxçıvanda baş verən qəzada ölən və xəsarət alanların kimliyi məlum olub.
Yenisabah.az APA-ya istinadən xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublika Xəstəxanasının həkimi Əlisahib Həsənli məlumat verib.
O bildirib ki, qəzada hamilə qadın, Qıvraq qəsəbə sakini, 2000-ci il təvəllüdlü Xanım Müşviq qızı Məmmədova və Şərur rayonu Cəlilkənd sakini, 1981-ci il təvəllüdlü Yaməddin Şəmsəddin oğlu İsayev xəsarət alıblar, vəziyyətləri ağırdır. pizza mizza
Qeyd edək ki, qəza zamanı Qıvraq qəsəbə sakini, 1996-cı il təvəllüdlü Emin Rza oğlu Məmmədov və 1974-cü il təvəllüdlü Davud Yaqub oğlu Məmmədzadə həlak olublar.
Qeyd edək ki, Emin Məmmədov və Xanım Məmmədova ər-arvaddırlar. Eyni zamanda, E.Məmmədov Kəngərli rayonu Qıvraq qəsəbəsinin icra nümayəndəsi vəzifəsində çalışırdı.
Telegram kanalımız