Azxeber.com portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Yekaterinburqda 2000-ci illərin əvvəllərində baş vermiş hadisələrdə iştirakda şübhəli bilinərək saxlanılan üçüncü şəxs Ayaz Səfərov məhkəmənin qərarı ilə həbs edilib.
AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, ona da Məzahir və Akif Səfərovlar kimi məhkəmə tərəfindən 22 günlük həbs qətimkan tədbiri seçilib.
Yerli mətbuatın məhkəmə zalından yayımladığı videodan göründüyü kimi, Ayaz Səfərovun üzündə hematomalar var. Jurnalistlərin göyərtilərin mənşəyi barədə sualına cavab olaraq o, bunları saxlanılmazdan əvvəl aldığını bildirib.
"Mən saxlanılmazdan əvvəl... 25, 26-sı tarixində, xatırlamıram", – o jurnalistlərə bildirib və əlavə edib ki, özü yıxılıb.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.