Bakupost saytından verilən məlumata görə, ain.az xəbər verir.
İyunun 18-də 52 yaşlı rusiyalı elmlər doktoru, Başqırd Universitetinin kafedra müdiri Vadim G. bədəninin aşağı hissəsi və cinsiyyət orqanlarında dəhşətli yanıq xəsarətləri ilə Soçi şəhər xəstəxanasına gətirilib.
Bakupost.az "Baza"ya istinadən xəbər verir ki, həkimlərin “sizə bunu kim edib” sualına cavab olaraq Vadim özü-özünə bu xəsarətləri yetirdiyini bildirib. Onun sözlərinə görə, kazinoda 300 min rubl uduzduğuna görə otel otağında özünü ütü ilə cəzalandırıb.

Həkimlər ona qarın, qasıq, cinsiyyət orqanları, hər iki bud və omba nahiyəsi, ümumilikdə bədəninin 12 faizinin yanması diaqnozu qoyublar.
Mənbələrin bildirdiyinə görə, şok vəziyyətindən çıxandan sonra Vadim hadisə vaxtı tək olmadığını xatırlayıb və hadisəni guya köhnə dostu Arturun törətdiyini deyib. Onlar Soçiyə istirahətə birlikdə gediblər. Vadim və Artur iki hissəyə bölünən bir otaqda qalırıblar. İyunun 18-də Vadim oyananda nəyinsə qaydasında olmadığını anlayıb. Onun qarın nahiyəsi qızarıbmış və güclü ağrılar hiss edirmiş.
Vadimin sözlərinə görə, Artur hər şeyi etiraf edib. Guya Vadimi o, ütü ilə yandırıb. Lakin bu hərəkətinin səbəbini açıqlamayıb.
Kafedra müdiri bildirib ki, o, yuxuda olarkən heç nə hiss etməyib və xəsarətləri yalnız səhər görüb. Hadisədən sonra Artur özü onu xəstəxanaya aparıb və elə orada kazinoda uduzması ilə bağlı uydurma versiyanı irəli sürüb.
Hazırda o, Krasnodar xəstəxanasındadır.
Lalə,
BakuPost
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.