Bakı. Trend:
İyunun 27-də Rusiyanın Yekaterinburq şəhərində xüsusi xidmətorqanları tərəfindən azərbaycanlıların qətlə yetirilməsi vəbəzilərinin saxlanılması ilə başlayan əməliyyat təkcə Rusiyada yox,həm də Azərbaycanda hiddətlə qarşılanıb. Son zamanlar Rusiyada başverən hadisələr bu ölkədə şovinizm, diskriminasiya, milliayrı-seçkilik, islamafobiyanın bariz nümunəsidir.
Bunu Trend-əaçıqlamasında politoloq Elşad Həsənov deyib.
Onun sözlərinə görə, Yekaterinqburqda baş verən hadisələrin“yuxarı”ların göstərişi ilə həyata keçirildiyi açıq-aydıngörünür:
“Ukrayna ilə müharibədə insan qıtlığı ilə üzləşən Rusiyarəsmilərinin miqrantları müxtəlif təzyiq, şantaj, məcburetməyolları ilə müharibəyə aparması tendensiyası açıq-aşkar müşahidəolunur. Miqrantlar yaxınları ilə təhdid edilir, məcburiyyətqarşısında qalıb razılaşmalı olurlar. Müharibəyə gedən miqrantlaraldadılır, onlara kompensasiya verilmir, onlara cəbhədə ən çətinişləri gördürürlər. Qayıtdıqdan sonra yenidən şantaj olunur,müharibəyə aparılırlar. Miqrantarla yanaşı, milli kimliyinə görəRusiya vətəndaşı olan qeyri-ruslar bu kimi təhdidlərin qurbanıolublar. Elə müharibə başlayan dövrdə azsaylı xalqlar, xüsusiləmüsəlmanları savaşa cəlb etdilər. Bu da sonradan yerlərdəetirazlara səbəb oldu”.
Politoloq bildiribi ki, təzyiqlər təkcə Yekaterinburqlayekunlaşmır, Rusiyanın demək olar ki, bütün regionlarını əhatəedir:
“Azərbaycan-Rusiya münasibətlərində sərinləmə hələ mülkitəyyarənin vurulması zamanı başladı. Rusiyanın bu məsələdəhərəkətsizliyi heç cür qəbul oluna bilməz. 6 aydan artıqdır ki,istintaq gedir, o hadisəni törədənlər, əmrini verənlər bəllidir,lakin hələ heç kəs həbs edilməyib, Azərbaycana da kompensasiyaödənilməyib. Azərbaycan təyyarə qəzası ilə bağlı beynəlxalqmüstəvidə iş aparır, bu məsələnin ədalətli həllinə nailolacağıq.
Bu yaxınlarda Həştərxanda keçirilən tədbirə dəvət olunanAzərbaycan deputatının Moskvada saxlanılaraq geri qaytarılması daölkəmizə olan münasibətin göstəricisidir.
Bir müddət öncə Azərbaycanın media resurslarına kiberhücumuntəşkil olunması və bunun arxasında Rusiyanın dayanması aydıngörünürdü. Bununla bağlı hətta Milli Məclisdə də hesabatdinlənildi”.
E.Həsənov əlavə edib ki, Rusiyada hazırda digər xalqlaraşovinist əhval-ruhiyyə hökm sürür.
“Görünür, orada yaşayan müsəlmanlara qarşıl açıq təzyiqə startverilib. Bu, Rusiyada islamafobiyanın alovlandırılması deməkdir.Qərbə bütün cəbhələrdə uduzan, Ukrayna bataqlığına düşən Rusiyaartıq növbəti düşmən axtarışına başlayıb. Rusiyanın belə siyasətaparması təəssüf doğurur. Azərbaycan bu ölkəyə qarşı həmişə normalmünasibət bəsləyib. Rusiyanın bu sərt siyasəti yalnız onun özünəziyan vuracaq”, - deyə o fikrini tamamlayıb.