AZ

UEFA Çempionlar Liqası ilə FIFA klubların dünya çempionatı arasında MÜQAYİSƏ

ain.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"CIES Football Observatory" maraqlı bir statistik məlumat paylaşıb.

İdman.biz xəbər verir ki, 2024/25 mövsümündə UEFA Çempionlar Liqasında iştirak edən komandaların və 2025-ci il FIFA klubların dünya çempionatına qatılan klubların təmsil etdikləri şəhərlər müqayisə olunub.

Araşdırmanın nəticələri ciddi kontrastı aşkarlayıb.

FIFA klubların dünya çempionatında çıxış edən komandaların təmsil etdikləri şəhərlərin 53%-i 5 milyon nəfərdən çox əhaliyə malikdir.

Əksinə, Çempionlar Liqasında iştirak edən komandaların şəhərlərinin 51%-nin əhalisinin sayı 1 milyon nəfərdən azdır.

FIFA klubların dünya çempionatı iştirakçılarının şəhərlərinin əhali bölgüsü:

53,1% – 5 milyondan nəfərdən çox

18,8% – 1-2,5 milyon nəfər

15,6% – 2,5-5 milyon nəfər

12,5% – 1 milyon nəfərdən az

Çempionlar Liqası iştirakçılarının şəhərləri:

51,4% – 1 milyon nəfərdən az

22,9% – 1-2,5 milyon nəfər

14,3% – 2,5-5 milyon nəfər

11,4% – 5 milyon nəfərdən çox

İdman.biz

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
15
1
icma.az

2Mənbələr