"Fənərbağça" klubunun amerikalı basketbolçusu Nigel Hayes-Davis vətəninə qayıdacaq.

Offsideplus.az xəbər verir ki, 30 yaşlı oyunçu NBA komandası Phoenix Suns ilə 1 illik müqavilə imzalayacaq.

Bu barədə insayder Shams Charania məlumat yayıb.

Nigel 2022-ci ildən "Fənərbağça"da çıxış edirdi. O, başa çatan mövsüm "sarı-lacıvərdlilər"lə mümkün olan bütün kubokları qazanıb.

Amerikalı eyni zamanda Avroliqanın dördlər finalının ən dəyərli oyunçusu (MVP) seçilib.