Bakı. Trend:
Qəbələ şəhərində Fövqəladə Hallar Nazirliyi tərəfindən təşkilolunan FHN-in yaranmasının 20 illiyinə həsr olunmuş “Gəncxilasedici” XI Beynəlxalq yarışı və “Gənc xilasedici vəyanğınsöndürən” XII Ümumrespublika birinciliyinin qaliblərininmükafatlandırma mərasimi olub.
Nazirlikdən Trend-ə verilən məlumata görə, mükafatlandırmamərasimində Azərbaycan Respublikasının fövqəladə hallar nazirigeneral-polkovnik Kəmaləddin Heydərov, elm və təhsil nazirininmüavini Kənan Kərimzadə, Gənclər və İdman Nazirliyinin məsuləməkdaşları, Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı SəbuhiAbdullayev, Vətən müharibəsi şəhidlərinin övladları və ailəüzvləri, media və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, builki yarışlarda Azərbaycanla yanaşı Qazaxıstan,Özbəkistan, Belarus və Rusiyadan olan komandalar da iştirakedib.
Yarışların keçirilməsində məqsəd yeniyetmə və gənclərinfövqəladə hallara hazırlıq səviyyəsinin yüksəldilməsi, məktəblilərarasında sağlam həyat tərzinin, fərdi və ictimai təhlükəsizliyəməsuliyyətli yanaşma hissinin və milli-vətənpərvərlik ruhununaşılanması, müxtəlif ölkələrin gənc xilasediciləri arasında dostluqvə əməkdaşlıq əlaqələrinin formalaşdırılması olub.
Dövlət Himninin səsləndirilməsi ilə başlanan rəsmi hissədə,əvvəlcə Fövqəladə Hallar Nazirliyinin ötən 20 il ərzində fəaliyyətivə yarışlar haqqında videoçarxlar nümayiş olunub.
Sonra məktəblilərin təqdimatında milli vətənpərvərlik və ölkələrarasında dostluğu tərənnüm edən bədii hissə izlənilib, qaliblərəkubok, diplom, fəxri fərman və qiymətli hədiyyələr, digəriştirakçılara isə fəxri fərman və xatirə hədiyyələri təqdimolunub.
Qeyd edək ki, komandalar yarışlarda “Maneələr zolağı”, “Kombinəedilmiş yanğın estafeti”, “Axtarış-xilasetmə işi”, “Komandalarıntəqdimatı” və “Divar qəzeti” mərhələlərində güclərini sınayıblar.Gərgin mübarizə şəraitində keçən beynəlxalq yarışda birinci yeriAzərbaycan, ikinci yeri Qazaxıstan, üçüncü yeri isə Özbəkistanınkomandası tutub.
Ümumrespublika birinciliyində isə birinci yerə Naxçıvan şəhər 1nömrəli tam orta məktəbi, ikinci yerə Quba rayonu Qaraçay qəsəbətam orta məktəbi, üçüncü yerə isə Sumqayıt şəhər 4 nömrəli tam ortaməktəbi layiq görülüb.