AZ

Yekaterinburqda həbs edilən azərbaycanlıların sayı 5-ə çatdı - YENİLƏNİB

Yazını böyüt
Yazını kiçilt

Yekaterinburq Lenin Rayon Məhkəməsində şübhəli şəxs kimi saxlanılmış Əhliman Gənciyev barəsində 3 gün müddətində həbs qətimkan tədbiri seçilib.

Hafta.az-ın məlumatına görə, Əhliman Gənciyevin vəkili jurnalistlərə bildirib ki, onun müdafiə etdiyi şəxs çətinliklə hərəkət edir. Hazırda müdafiə tərəfi ədalətin bərqərar olunmasına nail olmağa çalışır.

*** 16:16

Yekaterinburq Lenin Rayon Məhkəməsində şübhəli şəxs kimi saxlanılmış Şahin Lalayev barəsində 3 gün müddətində həbs qətimkan tədbiri seçilib.

Hafta.az xəbər verir ki, hazırda iş üzrə Gənciyev Əhliman Səttar oğlunun barəsində qətimkan tədbirinin seçilməsi məsələsi məhkəmədə müzakirə olunur.

Daha sonra Bakir Səfərov hakim qarşısına çıxarılacaq.

*** 15:22

Yekaterinburqda 2000-ci illərin əvvəllərində baş vermiş hadisələrlə bağlı barəsində həbs qətimkan tədbiri seçilən üçüncü şəxs Ayaz Səfərov olub.

Hafta.az xəbər verir ki, onun da barəsində iş üzrə saxlanılan digər iki azərbaycanlı - Məzahir və Akif Səfərovlar kimi, 22 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

Yerli mətbuatın məhkəmə zalından yayımladığı videoda Ayaz Səfərovun üzündə xəsarət izləri görünür.

*** 13:35

Yekaterinburq məhkəməsi Akif Səfərov barəsində 22 günlük həbs qətimkan tədbirinin seçilməsi barədə qərar qəbul edib.

Hafta.az xəbər verir ki, o, şübhəli şəxs qismində tanınır.

*** 12:09

Yekaterinburqda zor tətbiq edilməklə saxlanılan doqquz azərbaycanlı ilə bağlı məhkəmə prosesində Məzahir Səfərov barəsində 22 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

Hafta.az xəbər verir ki, o, və daha bir neçə azərbaycanlı sifarişli qətllərdə ittiham olunur. Onlardan bəzilərinin barəsində bu gün qətimkan tədbiri seçiləcək.

Məhkəmə prosesində Azərbaycanın Yekaterinburqdakı baş konsulunun vəzifəsini icra edən Şöhrət Mustafayev və Yekaterinburqdakı Azərbaycan diasporuna rəhbərlik edən “Azərbaycan-Ural” ictimai təşkilatının sədri Şahin Şıxlinski də iştirak edirlər.

Seçilən
1
9
hafta.az

10Mənbələr