AZ

Kürdəmirdə ər arvadını qətlə yetiribVİDEO

Kürdəmirdə 35 yaşlı qadın qətlə yetirilib.

Xezerxeber.az xəbər verir ki, hadisə rayonun Şilyan kəndində qeydə alınıb.

Hadisədə qadının həyat yoldaşı şübhəli bilinir. Kürdəmir prokurorluğundan verilən məlumata görə, araşdırmalarla 39 yaşlı  Elşən Abdulovun yaşadığı evdə 35 yaşlı Samirə Abdulovanı bıçaqla xəsarət yetirməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Onların valideynlərinin sözlərinə görə, Samirə Abdulova həyat yoldaşı ilə razılaşmayıb və ayrı yaşamaq istəyib. Hadisə də bu cür mübahisələrdən sonra baş verib.

Əraziyə rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Hadisəni törətməkdə şübhəli bilinən Elşən Abdulov saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı Kürdəmir rayon prokurorluğunda cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Xezerxeber.az daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
8
43
xezerxeber.az

10Mənbələr