AZ

Klopp: “Klublararası DÇ futbol tarixinin ən bərbad fikridir”

Alman mütəxəssis, Yurgen Klopp hazırda ABŞ-da davam edən 2025-ci il FIFA Klub Dünya Kuboku haqda tənqidi çıxışı ilə diqqət çəkib.

Arena.az “Mundo Deportivo” nəşrinə istinadən, 58 yaşlı mütəxəssisin müvafiq açıqlamasını təqdim edir:

“Klublararası dünya çempionatı – futbolda nə vaxtsa gerçəkləşdirilmiş ən bərbad bir fikirdir. Bu oyunla heç bir əlaqəsi olmayan adamların başlarına müvafiq fikirlər gəlir. Mən ehtiyatlanıram ki, növbəti mövsümdə futbolçular əvvəllər görünməmiş zədələr alacaqlar. Bu yarış uyğun olmayan bir vaxtda və əsassız səbəblərlə keçirilir.

Mən, iştirak müqabilində qazanılan pulların nəhəng olduğunu deyən kəsləri anlayıram. Amma ötən il Amerika Kuboku və Avropa çempionatı vardı. Bu il isə klublararası dünya çempionatı keçirilir, növbəti il də milli yığma komandalar arasında dünya çempionatı keçiriləcək. Bu, o deməkdir ki, yarışlara cəlb edilmiş oyunçular heç bir fiziki və mənəvi bərpa imkanı qazanmayacaqlar”, deyə alman mütəxəssis vurğulayıb.

Xatırladaq ki, yarışın qrup mərhələsi artıq geridə qalıb. Klublar mübarizələrini ələmə mərhələsinin 1/8 final oyunlarında davam etdirirlər.

Əlavə edək ki, Yurgen Klopp hazırda “Red Bull” şirkətində futbol əməliyyatları üzrə dünyəvi rəhbər vəzifəsində çalışır.

Seçilən
35
12
arena.az

10Mənbələr