Antalyanın Qazipaşa bölgəsində meşə yanğını baş verib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı Türkiyə KİV məlumat yayıb.
Bildirilib ki, baş verən meşə yanğınına 3 helikopter, 8 su maşını, 3 su təchizatı maşını və çoxlu sayda yanğınsöndürən müdaxilə edir.
Qeyd olunub ki, yanğının baş səbəbi hələlik bəlli deyil.
Külək nəticəsində yanğın sürətlə böyüyüb.
Yanğın baş verən əraziyə yaxın bir evin təxliyə edildiyi, bəzi avokado və zeytun bağlarının yanğından zərər çəkdiyi bildirilib.