AZ

Türkiyədə meşə yanğınları ilə bağlı 10 nəfər həbs olunub

Türkiyənin daxili işlər naziri Əli Yerlikaya iyulun 4-də bildirib ki, hüquq-mühafizə orqanları 12 əyalətdə meşə yanğınlarında iştirakda şübhəli bilinən 44 nəfəri saxlayıb, onlardan 10-u həbs edilib.

Məlumatı “İzvestiya.ru” verib.

O, X sosial şəbəkəsində (keçmiş Twitter) yazıb: “44 şübhəli saxlanılıb. Onlardan 10-u həbs edilib, 6 nəfərə isə məhkəmə nəzarəti tətbiq edilib. 13 şübhəli dindirilib, 15 nəfərlə bağlı məhkəmə prosesləri davam etdirilir”.

Bu arada Türkiyənin səhiyyə naziri Kamal Memişoğlu ötən gün ölkədə meşə yanğınlarında iki nəfərin öldüyünü, azı 538 sakinin yaralandığını, onlardan birinin vəziyyətinin ağır olduğunu bildirib.

P.ƏMİRCANOV
XQ

Seçilən
26
22
xalqqazeti.az

10Mənbələr