İzmirin Buca rayonunda başlayıb Gaziemir və Menderesə yayılan meşə yanğınının necə başladığı məlum olub.
Yanğın qaynaq işləri zamanı başlayıb və bu anlar təhlükəsizlik kamerasına düşüb.
Zafer məhəlləsində qeyri-qanuni inşaatda dəmir kəsimi zamanı yaranan qığılcımlar əvvəlcə quru otları, daha sonra isə yaxınlıqdakı meşəlik sahəni alovlandırıb. Güclü küləyin də təsiri ilə yanğın qısa zamanda geniş əraziyə yayılıb və hazırda söndürmə işləri davam edir.
Hadisə ilə bağlı yayılan görüntülərdə qığılcımların otlara sıçrayaraq alovun bir neçə dəqiqə içində meşəyə çatdığı aydın görünür. Yanğınla bağlı inşaat sahibi Y.Ö. və işçilərdən ibarət 5 nəfər saxlanılıb. Onlardan 2 nəfər barəsində həbs, digər 3 nəfər üçün isə məhkəməyə nəzarət tədbiri istənilib.
İzmir Baş Prokurorluğu tərəfindən başlanan istintaq davam etdirilir.