Aktual.az xəbər verir ki, bu barədə APA-ya Audiovizual Şuranın Kommunikasiya sektorunun müdiri Taleh Quliyev bildirib.
O qeyd edib ki, Azərbaycan ərazisində həmin oyunların yayım hüququ müvafiq yerli yayımçılar tərəfindən alınıb:
"Beynəlxalq praktikaya uyğun olaraq belə hallarda müstəsna yayım hüquqları çərçivəsində oyunların nümayişi zamanı xarici kanalların yayımı dayandırılır. 2022-ci ildə keçirilən futbol üzrə dünya çempionatının, habelə 2024-cü ildə keçirilən furbol üzrə Avropa çempionatının oyunlarının nümayişi zamanı da bu praktikadan istifadə olunurdu".