AZ

Klublararası dünya çempionatı zamanı TRT nin Azərbaycanda yayımının dayandırılmasına aydınlıq gətirilib

Apa.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

"TRT“ və "TRT Spor“ kanalları 15 iyun - 13 iyul 2025-ci il tarixləri arasında ABŞ-da təşkil olunan futbol üzrə klublararası dünya çempionatının (FIFA Club World Cup) oyunlarının yalnız Türkiyə Respublikası ərazisində yayım hüququnu əldə ediblər.

Bu barədə APA-nın sorğusuna cavab olaraq Audiovizual Şuranın Kommunikasiya sektorunun müdiri Taleh Quliyev bildirib.

O qeyd edib ki, Azərbaycan ərazisində həmin oyunların yayım hüququ müvafiq yerli yayımçılar tərəfindən alınıb:

"Beynəlxalq praktikaya uyğun olaraq belə hallarda müstəsna yayım hüquqları çərçivəsində oyunların nümayişi zamanı xarici kanalların yayımı dayandırılır. 2022-ci ildə keçirilən futbol üzrə dünya çempionatının, habelə 2024-cü ildə keçirilən furbol üzrə Avropa çempionatının oyunlarının nümayişi zamanı da bu praktikadan istifadə olunurdu".

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
19
50
apa.az

10Mənbələr