Polşanın Jeşuv şəhərində akrobatika gimnastikası üzrə Dünya kuboku keçirilib
Offsideplus.az Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinə istinadən xəbərvə verir ki, yarışda ölkəmizi kişi cütlüyü - Daniel Abbasov və Murad Rəfiyev, qarışıq cütlük - Sabir Ağayev və Milana Əliyeva, kişi qrupu - Abdulla Əl-Məşayxi, Seymur Cəfərov, Riad Səfərov və Rəsul Seyidli, qadın qrupu - Anahita Bashiri, Zəhra Rəşidova və Nəzrin Zeyniyeva təmsil edib.
Gimnastlarımızın çıxışı uğurlu alınıb.
Belə ki, qarışıq hərəkətlər proqramı üzrə kişi qrupu - Abdulla Əl-Məşayxi, Seymur Cəfərov, Riad Səfərov və Rəsul Seyidli 29.070 xalla ikinci yeri tutub.
Kişi cütlüyü - Daniel Abbasov və Murad Rəfiyev da 28.730 xalla gümüş medala layiq görülüb.