AZ

Dünya Kuboku: Azərbaycan gimnastlarından iki medal

Fanat portalından verilən məlumata əsasən, ain.az bildirir.

27-29 iyun tarixlərində Polşanın Jeşuv şəhərində akrobatika gimnastikası üzrə Dünya kuboku keçirilib. 

Fanat.Az xəbər verir ki, yarışda ölkəmizi kişi cütlüyü - Daniel Abbasov və Murad Rəfiyev, qarışıq cütlük - Sabir Ağayev və Milana Əliyeva, kişi qrupu - Abdulla Əl-Məşayxi, Seymur Cəfərov, Riad Səfərov və Rəsul Seyidli, qadın qrupu - Anahita Bashiri, Zəhra Rəşidova və Nəzrin Zeyniyeva təmsil edib.

Gimnastlarımız uğurlu çıxış ediblər. Belə ki, qarışıq hərəkətlər proqramı üzrə kişi qrupu - Abdulla Əl-Məşayxi, Seymur Cəfərov, Riad Səfərov və Rəsul Seyidli 29.070 xalla, kişi cütlüyü - Daniel Abbasov və Murad Rəfiyev isə 28.730 xalla ikinci yeri tutaraq gümüş medal qazanıblar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
10
6
fanat.az

7Mənbələr