İyun ayından etibarən gənc hakimlər üçün onlayn və praktiki məşğələlərə start verilib.
Apasport.az xəbər verir ki, təlimlər Azərbaycan Basketbol Hakimləri İttifaqının sədri, beynəlxalq (FİBA) dərəcəli hakim Ələkbər Həsənovun rəhbərliyi ilə keçirilir.
Məşğələlər zamanı iştirakçılara yeni qaydalar, meydanda qərarvermə mexanizmləri və oyunun idarə olunması ilə bağlı praktiki biliklər aşılanır.
Ümumilikdə 10 gənc hakimin iştirak etdiyi təlim proqramında əsas məqsəd gənc referilərin nəzəri və praktik biliklərini artırmaq, onların yeni basketbol mövsümündə uşaq basketbol liqalarında fit sahibi olmaqlarını təmin etməkdir.
Qeyd edək ki, məşğələlər sentyabra qədər davam edəcək.
Nərgiz İsmayılova Avropa Gümüş Liqası oyunlarına təyinat alıb
“Fənərbaxça” Türkiyə çempionu oldu!
Millimiz "Airom Cup" beynəlxalq turnirində çempion olub
Millimiz beynəlxalq turnirdə ardıcıl dördüncü qələbəsini qazanıb
“Fənər” - “Beşiktaş” matçında qalmaqal: Prezident oyunu tərk etdi - VİDEO