AZ

Boşandıqdan sonra ən böyük peşmançılığı üzə çıxdı: "Ömrü boyu bunu hiss edəcək"

Hollivud ulduzu Bred Pitt Ancelina Coli ilə evliliyinin bitməsindən illər keçməsinə baxmayaraq hələ də peşmançılıq hissi ilə üz-üzədir.

Turkustan.az xəbər verir ki,61 yaşlı aktyorun boşanma prosesindən sonra uşaqları ilə münasibətini itirməsini "ən böyük peşmanlığı" olaraq gördüyü öyrənilib.

Ailəyə yaxın bir şəxsin sözlərinə görə, Pitt uzun illər boşanmanın kölgəsi altında yaşayıb və bu proses onun şəxsi həyatına dərindən təsir edib. Ailəyə yaxın olan şəxs "Boşanma uzun müddət həyatını idarə etdi. O, Ancelinanı çox sevirdi və etdiyi səhvlərin fərqindədir" deyib. Bred Pitt və Ancelina Colinin 8 illik boşanma prosesindən sonra övladları ilə münasibətlərinin ciddi şəkildə pozulduğu və məşhur aktyorun bu bağın düzəldilə bilməyəcək həddə çatdığına inandığı bildirilib.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
3
4
turkustan.az

10Mənbələr