BAKI, 30 iyun. TELEQRAF
Azərbaycan və Özbəkistan birgə layihələrin və investisiya əməkdaşlığının genişləndirilməsini müzakirə ediblər.
İqtisadiyyat Nazirliyindən Teleqraf-a verilən məlumata görə,iqtisadiyyat naziri Mikayıl Cabbarov Özbəkistanın investisiyalar, sənaye və ticarət naziri Laziz Kudratovla görüşüb.
Görüş zamanı iki ölkə arasında iqtisadi əlaqələrin inkişafına dair ətraflı fikir mübadiləsi aparılıb.
Həmçiningörüşdə dövlət başçılarının qarşılıqlı səfərləri və yüksək səviyyəli görüşlərin strateji tərəfdaşlığın daha da dərinləşməsinə mühüm töhfə verdiyi qeyd olunub.
Tərəflər ticarət dövriyyəsinin artırılması, sənaye sahəsində əməkdaşlığın gücləndirilməsi, birgə layihələrin həyata keçirilməsi və qarşılıqlı investisiyaların təşviqi kimi məsələləri müzakirə ediblər.