“Qarabağ” transfer çalışmalarını davam etdirir.
Apasport.az saytına verilən məlumata görə, Ağdam klubunun transfer siyahısında yer alan futbolçulardan biri də Markinyosdur.
Azərbaycan çempionu APOEL-in formasını geyinən braziliyalı üçün danışıqlar aparır.
“Qarabağ” futbolçunu transfer etmək çətin olsa, onu icarəyə götürməyi nəzərdən keçirəcək.
Qeyd edək ki, APOEL-in Markinyosla müqavilə müddəti 2028-ci il mayın 31-nə qədərdir. Vinger karyerası ərzində “Korintians”, “Banqu”, “Braqantino”, “Ponte Preta”, “Sport Resife” və “Kuyaba” (hamısı Braziliya) klublarında çıxış edib.
"Neftçi" "Kappa"ya qayıtdı
"Kəpəz"də daha 3 ayrılıq
"Flamenqo" - "Bavariya" - Videoicmal
"Qarabağ" "Zirə"yə qarşı- YENİLƏNİR
“İmişli” 6 futbolçu ilə yollarını ayırdı - RƏSMİ