“Qarabağ”ın heyətinə qatmaq istədiyi daha bir legionerin adı bəlli olub. Hücumçu axtarışında olan ağdamlılar Andre Klovisi transfer etməyə çalışır.
Sportal.az "Futbolinfo.az"a istinadən xəbər verir ki, çempionumuzun növbəti hədəfi də Portuqaliyada oynayır. Bu ölkədən xeyli legioner transfer etmiş “Qarabağ” indi də diqqətini “Akademika”nın üzvünə yönəldib.
27 yaşlı mərkəz hücumçusu 3 ildir Vizau klubunda çıxış edir. O, “Eştoril”dən bir müddət icarəyə götürülüb, daha sonra 1,2 milyon avroya birdəfəlik transfer edilib. Portuqaliyada “Leyşoeş”in də formasını geyən Klovis, Braziliya “İnternasional”ının yetirməsidir.
Ötən mövsüm 33 oyunda 7 qol vuran sambaçı, karyerası ərzində 195 matça 71 dəfə fərqlənib.
Vizaulularla bir illik müqaviləsi qalan Andrenin hazırkı bazar dəyəri bir milyon avrodur. Hazırda “Qarabağ” bu məbləği azaltmaq üçün danışıqlar aparır.
saytlarin hazirlanmasi