AZ

"Putin Odessanı ələ keçirməyə çalışır, məqsəd - Ukraynanı dənizdən təcrid etməkdir" - "Financial Times"

"Odessa Putinin "tarixi rus şəhəri" saydığı əsas hədəfdir..."

Rusiya prezidenti Vladimir Putin Odessanı "tarixi rus şəhəri" hesab edir və onu ələ keçirməyi Ukraynaya qarşı müharibədə əsas məqsəd kimi görür. Rusiya lideri bununla Ukraynanı dənizə çıxışdan məhrum etmək və əsas liman şəhərini nəzarət altına almaq istəyir.

Moderator.az xəbər verir ki, bu barədə "Financial Times" nəşri məlumat yayıb.

Diplomatik sahədə Ukraynanın vəziyyəti nisbətən yaxşı görünürsə də, cəbhə xəttində durumun pisləşdiyi qeyd olunur. Nəşr yazır ki, bir çox Avropa siyasətçiləri Rusiyanın atəşkəslə razılaşmağa hazır olduğuna inanmır. Əksinə, onlar Moskvanın Odessaya qarşı genişmiqyaslı hücuma hazırlaşdığını düşünür.

NATO Rusiya ilə qarşıdurmaya hazırlaşır - ABŞ və Avropa yaxınlaşır

Haaqa şəhərində keçirilən NATO sammitinin əsas nailiyyətlərindən biri kimi Alyansın yenidən Rusiyanın qarşısının alınmasına fokuslanması göstərilir. Müttəfiqlər müdafiə xərclərinin artırılması barədə razılığa gəliblər ki, bu da Avropa ilə ABŞ arasında gərginliyi müəyyən qədər yumşaldır. ABŞ prezidenti Donald Tramp da sammit çərçivəsində Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşüb. Görüşün yaxşı keçdiyi bildirilib.

Ukrayna əsgər çatışmazlığı yaşayır, Rusiya isə hələ bir il dözə bilər

"Financial Times" qeyd edir ki, hərbi təhlillərə əsasən həm Rusiya, həm də Ukrayna orduları tükənmə həddinə yaxınlaşır. Bununla belə, Rusiya hazırkı hərbi əməliyyatları daha bir il davam etdirə biləcək imkanlara sahibdir. Ukrayna isə, əgər lazımi miqdarda hərbi dəstək almasa, altı ay ərzində öz potensialının son həddinə çata bilər.

Ukraynanın canlı qüvvə ilə bağlı da ciddi problemlər yaşadığı bildirilir. Təhlilçilərin fikrincə, Rusiya bu müharibədə ölən və yaralananlarla birgə bir milyondan çox əsgərini itirib. Ukrayna tərəfinin də itkiləri ağır olub. Bundan əlavə, Rusiya Ukraynaya qarşı hava hücumlarını da intensivləşdirib ki, bu da əsgərlərin döyüş ruhunu sarsıdır. Qələbə perspektivinin qeyri-müəyyən olduğu bir şəraitdə ümidsizlik hissi artmaqdadır.

Bir neçə Qərb rəsmisi "Financial Times"a bildirib ki, əlavə hərbi yardım olmadan Ukrayna daha çox ərazi itirə bilər. Onlar xəbərdarlıq edib ki, Ukrayna ordusu tükənmə həddinə çatarsa və müttəfiqlərdən hərbi və maliyyə dəstəyi artırılmazsa, bu, "faciəvi uğursuzluq"la nəticələnə bilər.

Putinin Odessaya olan cəfəng mübtəlası - Dnestryanı planı

Ukrayna Təhlükəsizlik Xidmətinin sabiq əməkdaşı, hərbi ekspert İvan Stupak da bəyan edib ki, Putin Odessanı ələ keçirməklə Ukraynanın Qara dənizə çıxışını bağlamaq və Moldova ilə sərhəddəki separatçı Dnestryanı bölgəsinin gələcəyini öz xeyrinə həll etmək istəyir. Lakin Stupakın sözlərinə görə, artıq belə bir ssenarinin həyata keçməsi real görünmür. "Tammiqyaslı işğaldan əvvəl bu mümkün görünə bilərdi, amma indi Rusiya üçün bu, olduqca çətin və ağrılı bir hədəfdir", - o, deyib.

Seçilən
12
27
moderator.az

10Mənbələr