AZ

Azərbaycan millisinin futbolçusu Polşa klubunu tərk edib

Bakı, 30 iyun, AZƏRTAC

Azərbaycan millisinin futbolçusu Renat Dadaşov Polşanın "Radomyak" klubundan ayrılıb.

AZƏRTAC xəbər verir ki, bu barədə 26 yaşlı hücumçu sosial şəbəkə hesabında paylaşım edib.

Təcrübəli forvard Polşa təmsilçisi ilə başa çatan müqaviləsini yeniləməyib.

Qeyd edək ki, Renat Dadaşov “Radomyak”a bu ilin fevral ayında Türkiyənin “Ankaragücü” klubundan keçmişdi.

Seçilən
9
50
azertag.az

10Mənbələr