“Mançester Yunayted”in sabiq futbolçusu Conni Evans klubda yeni vəzifəyə təyin olunub. Msport.az xəbər veirr ki, Şimali İrlandiya milli komandasının sabiq futbolçusu icarə və inkişaf departamentinin rəhbəri təyin olunub.
O, “qırmızı şeytanlar”ın gənc futbolçularının icarə məsələsi ilə məşğul olacaq. Evansa klubun direktoru Ceyson Uilkoks və klub akademiyasının rəhbəri kömək eədəcəklər.
Xatırladaq ki, Evans 2024-20205-ci illər mövsümü başa çatdıqdan sonra 37 yaşında karyerasını bitirib. Müdafiəçi “Mançester Yunayted”in heyətində 241 oyun keçirib, 8 qol vurub. O, “M.Y”da Çempionlar Liqasını qazanmaqla yanaşı, 3 dəfə İngiltərə çempionu olub və klublararası dünya çempionatında qalib gəlib.