ain.az, Metbuat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“WhatsApp” süni intellekt dəstəyi ilə mesajların xülasəsini təqdim edən funksiyanı istifadəyə verib.
Metbuat.az xəbər verir ki, yeni funksiya ilk olaraq ABŞ-də istifadəyə verilib. Əvvəlcə yalnız ingilis dilində olan bu funksiya, xüsusilə izdihamlı qrup söhbətlərində və çoxlu mesajların oxunması zamanı vaxta qənaət etməyi hədəfləyir. Yeni funksiya sayəsində istifadəçilər söhbətləri oxuyarəkən süni intellekt tərəfindən yaradılmış xülasə təqdim olunur.
Bu xülasə, məsələn, planlaşdırma müzakirəsini, zarafatları və ya paylaşılan məzmunu tez başa düşməyə imkan verir.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.