AZ

Azərbaycanın 8 şahmatçısı “Top-100”də

FİDE şahmatçıların iyul üçün dünya reytinqini dərc edib.

İdman.biz xəbər verir ki, siyahıda Azərbaycanın 8 şahmatçısı “Top-100”də yer alıb.

Kişi şahmatçılarından ən yaxşı göstəriciyə Şəhriyar Məmmədyarov malikdir. Qrossmeysterimiz 2746 xalla 11-ci yerdə qərarlaşıb. O, iki pillə irəliləyib. Teymur Rəcəbov (2692) 38-ci sırada yer alıb. Rauf Məmmədov (2659) 65-ci, Eltac Səfərli (2630) 100-cüdür.

Cədvələ 2839 xalla norveçli Maqnus Karlsen başçılıq edir.

Qadınların cədvəlində ən yaxşı təmsilçimiz Günay Məmmədzadə (2390) 52-cüdür. Ülviyyə Fətəliyeva (2371) 66-cı, Gövhər Beydullayeva (2371) 68-ci, Gülnar Məmmədova (2352) 88-ci pilldə qəraralşıb.

Qadınların reytinq cədvəlinə çinli Yifan Hou başçılıq edir – 2633 xal.

İdman.biz

Seçilən
28
3
idman.biz

10Mənbələr