Beynəlxalq Şahmat Federasiyası (FIDE) şahmatçıların 2025-ci ilin iyul üçün dünya reytinqini açıqlayıb.
Arena.az xəbər verir ki, siyahıda Azərbaycanın 8 şahmatçısı “Top-100”də yer alıb.
Kişi şahmatçılarından ən yaxşı göstəriciyə Şəhriyar Məmmədyarov malikdir. Qrossmeysterimiz 2746 xalla 11-ci yerdə qərarlaşıb. O, iki pillə irəliləyib. Teymur Rəcəbov (2692) 38-ci sırada yer alıb. Rauf Məmmədov (2659) 65-ci, Eltac Səfərli (2630) 100-cüdür.
Cədvələ 2839 xalla norveçli Maqnus Karlsen başçılıq edir.
Qadınların cədvəlində ən yaxşı təmsilçimiz Günay Məmmədzadə (2390) 52-cidir. Ülviyyə Fətəliyeva (2371) 66-cı, Gövhər Beydullayeva (2371) 68-ci, Gülnar Məmmədova (2352) 88-ci pilldə qəraralşıb.
Qadınların reytinq cədvəlinə çinli Yifan Hou başçılıq edir – 2633 xal.
FIDE klassik reytinqdən sonra iyulun əvvəlində rapid və blits üzrə də reytinq cədvəlləri açıqlayıb. Azərbaycanlı qrossmeysterlər arasında rapiddə ən yaxşı nəticə Şəhriyar Məmmədyarova məxsusdur. O, 2701 xalla 19-cu yerdə qərarlaşıb. Teymur Rəcəbov 32-ci (2669 xal), Eltac Səfərli isə 72-ci sıradadır (2627).
Rapiddə lider norveçli Maqnus Karlsendir (2819). Onun ardınca çinli Din Lijen (2776) və fransalı Alireza Firouzja (2762) gəlir.
Blits reytinqində isə Məmmədyarov 2676 xalla 39-cu yerdədir. Rəcəbov 2663 xalla 45-ci yerdə qərarlaşıb. İlk yüzlükdə daha iki şahmatçımız var: Eltac Səfərli 2634 xalla 73-cü, Rauf Məmmədov isə 2609 xalla 97-ci sıradadır.
Blitsdə də lider Karlsendir (2883). İkinci yerdə ABŞ-dan Hikaru Nakamura (2838), üçüncü yerdə isə Fransa təmsilçisi Alireza Firuzca (2814) qərarlaşıblar.