AZ

İran şirkəti Həştərxan limanının yeganə sahibi ola bilər

İran Həştərxan limanının şəriklilərinin səhmlərini almağı təklif edib.

“Report” xəbər verir ki, bu barədə “Kommersant” qəzeti məlumat yayıb.

Hazırda üç İran vətəndaşına məxsus olan Nasim Bahr Kish limanın səhmlərinin 53%-nə sahibdir.

İranın IRISL dövlət şirkətinin nəzarətində olan İran Fanavaran Darya Qostar Jonob Arvand və Fanavaran Darya Gostar Jonob Arvand 1,52% və 1,82% paya sahibdir.

Limanın iranlı olmayan səhmdarları arasında Rostec (25,5%) və Kiprin Volqa-Vaster-Qərb (3,33%) şirkətləri var.

Mövcud məlumatlara görə, Nasim Bahr Kish təxminən 437,5 milyon rubla adi səhmlərin 46,3%-ni və imtiyazlı səhmlərin 48,7%-ni almağa hazırdır. İranın “Bank Melli”nin yaratdığı maliyyə qurumu bu məbləğə bank zəmanəti verib.

Həştərxan limanı əsasən taxta yük, taxıl və neft daşımalarını həyata keçirir. 2023-cü ildən liman öz donanmasını formalaşdırır.

Seçilən
11
7
report.az

10Mənbələr