AZ

Azərbaycan şahmatçılarının dünya reytinqindəki yeni mövqeləri bəlli oldu

Azərbaycan təmsilçilərinin Beynəlxalq Şahmat Federasiyasının (FIDE) yeni reytinq cədvəlindəki mövqeləri bəlli olub.

Operativ Media qurumun rəsmi saytına istinadən xəbər verir ki, Şəhriyar Məmmədyarov (2746) 11-ci pillədə qərarlaşıb.

Teymur Rəcəbov (2692) 38-ci, Rauf Məmmədov (2659) 65-ci, Eltac Səfərli (2630) 100-cü olub.

Siyahıya norveçli Maqnus Karlsen (2839) başçılıq edir.

Qadın şahmatçlardan Günay Məmmədzadə (2390) 52-ci sıradadır. Ülviyyə Fətəliyeva (2371) 66-cı, Gövhər Beydullayeva (2371) 68-ci, Gülnar Məmmədova (2352) 88-ci yerdədir.

Burada çinli Yifan Hou (2633) liderdir.

Seçilən
13
4
operativmedia.az

8Mənbələr