AZ

Azərbaycan millisi Belarusa qarşı

style='margin-bottom:10px;'>

Belarusda təlim-məşq toplanışında olan qadın futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün ikinci yoldaşlıq görüşünü keçirəcək.

QOL.az xəbər verir ki, komanda Belarus yığması ilə qarşılaşacaq. Minskdəki “Traktor” stadionunda təşkil olunacaq oyun Bakı vaxtı ilə saat 17:00-da başlanacaq. Matçı rusiyalı baş hakim Vera Opeykina idarə edəcək.

Qeyd edək ki, komandalar arasında iyunun 28-də keçirilən ilk matçda Belarus yığması 3:0 hesablı qələbə qazanıb.
 
1 iyul
 
17:00. Belarus - Azərbaycan
Baş hakim:
Vera Opeykina (Rusiya)
“Traktor” stadionu.

Seçilən
5
7
teleqraf.com

10Mənbələr