AZ

Azərbaycan millisi bu gün Belarusla ikinci yoldaşlıq oyununu keçirəcək

Bakı, 1 iyul, AZƏRTAC

Belarusda təlim-məşq toplanışında olan qadın futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün ikinci yoldaşlıq görüşünü keçirəcək.

AZƏRTAC xəbər verir ki, A milli komanda Belarus yığması ilə qarşılaşacaq. Minskdəki “Traktor” stadionunda təşkil olunacaq oyun Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

Matçı rusiyalı baş hakim Vera Opeykina idarə edəcək.

Qeyd edək ki, komandalar arasında iyunun 28-də keçirilən ilk matçda Belarus yığması 3:0 hesablı qələbə qazanıb.

Seçilən
6
5
azertag.az

10Mənbələr