Belarusda təlim-məşq toplanışında olan qadın futbolçulardan ibarət Azərbaycan millisi bu gün ikinci yoldaşlıq görüşünü keçirəcək.
Msport.az xəbər verir ki, A milli Belarus yığması ilə qarşılaşacaq.
Minskdəki “Traktor” stadionunda təşkil olunacaq oyun Bakı vaxtı ilə saat 17:00-da başlanacaq. Matçı rusiyalı baş hakim Vera Opeykina idarə edəcək.
Qeyd edək ki, komandalar arasında iyunun 28-də keçirilən ilk matçda Belarus yığması 3:0 hesablı qələbə qazanıb.
1 iyul
17:00. Belarus – Azərbaycan
Baş hakim: Vera Opeykina (Rusiya)
Baş hakimin köməkçiləri: Yekaterina Kuroçkina, İrina Çeçenina (hər ikisi Rusiya)
Dördüncü hakim: Volqa Blotskaya (Belarus)
Minsk, “Traktor” stadionu