AZ

Azərbaycan millisi ikinci yoldaşlıq oyununa çıxacaq

Belarusda təlim-məşq toplanışında olan qadın futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün ikinci yoldaşlıq görüşünü keçirəcək.

Operativ Media xəbər verir ki, A milli Belarus yığması ilə qarşılaşacaq. Minskdəki “Traktor” stadionunda təşkil olunacaq oyun Bakı vaxtı ilə saat 17:00-da başlanacaq. Matçı rusiyalı baş hakim Vera Opeykina idarə edəcək.

Qeyd edək ki, komandalar arasında iyunun 28-də keçirilən ilk matçda Belarus yığması 3:0 hesablı qələbə qazanıb.

1 iyul

Belarus - Azərbaycan

“Traktor” stadionu. Saat 17:00

Seçilən
9
5
operativmedia.az

10Mənbələr