AZ

Əraqçi: İranın nüvə obyektlərini bombardmanla məhv etmək mümkün deyil

BAKI, 1 iyul. TELEQRAF

“Uranın zənginləşdirilməsi texnologiyası və elmini bombardmanla aradan qaldırmaq mümkün deyil”.

Teleqraf xəbər verir ki, bunu İran xarici işlər naziri Abbas Əraqçi ABŞ-nin ölkəsinin nüvə obyektlərinə zərbələrini şərh edərkən deyib.

“İran zərbələrin vurduğu ziyanı tez bir zamanda bərpa edə və bu sənayedə daha da irəliləyiş əldə etmək istəsə, itirilmiş vaxtı kompensasiya edə bilər”, - nazir qeyd edib.

Əraqçi ABŞ ilə nüvə danışıqlarının tez bir zamanda bərpa olunmasının mümkünlüyünə şübhə etsə də, diplomatiyanın qapılarının heç vaxt bağlanmayacağını vurğulayıb:

İranın uranın zənginləşdirilməsinə davam etmək niyyətində olub-olmadığı barədə xarici işlər naziri söyləyib:

“Nüvə proqramı dinc xarakter daşıyır. Xalq zənginləşdirmədən asanlıqla əl çəkməyəcək”.

Seçilən
24
25
teleqraf.com

10Mənbələr