AZ

İran nüvə danışıqları üçün şərtlər irəli sürür

İran

“ABŞ hərbi təhdidləri dayandırmayınca, İran və ABŞ arasında nüvə danışıqları davam etdirilməyəcək”.

Reyting.az
xəbər verir ki, bunu İranın Xarici işlər naziri Abbas Əraqçi “CBS Nevs” telekanalına müsahibəsində deyib.

“Danışıqların bərpa edilib-edilməməsinə qərar vermək üçün ilk növbədə Vaşinqtonun danışıqlardan hərbi təcavüz üçün istifadə etməyəcəyinə əmin olmalıyıq”,- İranın baş diplomatı qeyd edib.

Nazirin sözlərinə görə, diplomatiyanın qapıları heç vaxt bağlanmayacaq.

O, həmçinin vurğulayıb ki, uranın zənginləşdirilməsi qabaqcıl, elmə əsaslanan sənayedir.

“Bu sənaye zədələnərsə və ya məhv olarsa, biz tez bir zamanda ziyanı aradan qaldıra və bu sənayedə yenidən irəliləyiş əldə etmək üçün uğursuzluqların öhdəsindən gələ biləcəyik. Uranın zənginləşdirilməsi texnologiyası və biliyi bombardmanlarla məhv edilə bilməz. Ölkəmizin dinc nüvə proqramı milli qürur və ləyaqət mənbəyinə çevrilib”,- A. Əraqçi əlavə edib.

O, həmçinin vurğulayıb ki, İran 12 günlük müharibədən sağ çıxıb, ona görə də İran xalqı uranın zənginləşdirilməsindən əl çəkməyəcək.

“Müharibə zamanı biz öz gücümüzü və özümüzü müdafiə etmək iradəmizi nümayiş etdirdik və hər hansı təcavüz halında bunu davam etdirəcəyik”,- deyə İranın Xarici işlər naziri yekunlaşdırıb.

E. KAMAL
Seçilən
20
2
reyting.az

10Mənbələr