AZ

Trampdan ŞOK AÇIQLAMA: İran bazamıza hücum etməzdən öncə mənə xəbər verdi

ain.az bildirir, Turkstan.az saytına əsaslanaraq.

ABŞ prezidenti Donald Tramp İranın Qətərdəki Əl-Udeyd aviabazasına raket zərbəsi endirməzdən əvvəl onu xəbərdar etdiyi barədə bəyanatını təkrarlayıb.Turkustan.az xəbər verir ki, Ayova ştatının Des Moines şəhərində keçirilən tədbirdə çıxış edən Tramp ABŞ-ın İrandakı nüvə obyektlərinə hücumlarından sonra Tehranın reaksiyası ilə bağlı açıqlamalar verib.İranın Qətərdəki Əl-Udeid Hərbi Hava Bazasına hücum etməzdən əvvəl onu xəbərdar etdiyini deyən Tramp: “Mənə zəng edib, “Sənə hücum etməliyik” dedilər. Bunu deyən İran idi. Onlar bizə hörmət edirlər”.ABŞ prezidenti Tramp: "Onların üzərinə 14 bomba atdıq. Mənə dedilər ki, biz də sizə 14 raket atmaq istəyirik". Dedim ki, tamam, davam et, başa düşdüm”.İranın onlara hücumun vaxtını və hədəflərini əvvəlcədən xəbər verdiyini vurğulayan Tramp: "Mənə hücumu harada edəcəklərini söylədilər. "Yaxşı" dedim. Biz bazanı boşaltdıq, sonra dedilər ki, hücum saat 1:00-da olacaq. Dedim ki, problem yoxdur”.Prezident Tramp iyunun 23-də Truth Social-da paylaşdığı yazıda Qətərdəki ABŞ bazasına hücumla bağlı onu əvvəlcədən məlumatlandırdığı üçün İrana təşəkkür edib."Bizi əvvəlcədən xəbərdar etdiyi üçün İrana təşəkkür etmək istəyirəm. Buna görə heç bir insan tələfatı olmadı və heç kim xəsarət almayıb. Ola bilsin ki, İran indi regionda sülh və harmoniyaya doğru irəliləyə bilər və mən İsraili də həvəslə bunu etməyə təşviq edəcəyəm", - Tramp öz tvitində bildirib.

Aytən Yaşar/ Turkustan.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
6
27
icma.az

10Mənbələr