AZ

Diş fırçalarını qapaqsız və ayrı-ayrılıqda saxlamaq dahadoğrudur

Ortodont Hanira Sançes insanların diş fırçalarını saxlayarkən tez-tez yol verdiyi iki ümumi və zərərli vərdiş barədə xəbərdarlıq edib.

Redaktor.az xəbər verir ki, bu barədə o, “20 dəqiqə” proqramına danışıb.

"Bir çox insan diş fırçasını qapaqda saxlamağın onu qoruduğunu düşünür. Əslində isə tüklər arasında qalan nəm mühit göbələk və bakteriyaların çoxalması üçün əlverişli şərait yaradır”, - deyə Sançes bildirib.

Onun sözlərinə görə, qapaqdan tamamilə imtina etmək mümkün deyilsə, havalandırma sistemi olan qapaqlara üstünlük verilməli və diş fırçası yalnız tamamilə quruduqdan sonra bağlanmalıdır.

Həkim həmçinin diş fırçasının saxlandığı qabın yeri barədə də xəbərdarlıq edib. Əgər tualetə yaxın ərazidə saxlanılırsa, o zaman havadakı zərərli hissəciklərin diş fırçasına düşməsinin qarşısını almaq üçün onu qapalı şkafda saxlamaq daha məqsədəuyğundur.

Aytəkin TOFİQQIZI

 

Seçilən
9
40
redaktor.az

10Mənbələr