ain.az xəbər verir, News24 saytına əsaslanaraq.
Hamiləlik dövründə kariyes və digər diş xəstəlikləri vaxtında müalicə olunmazsa, həm ana, həm də uşağın sağlamlığına mənfi təsir göstərə bilər.
News24.az xəbər verir ki, bu barədə “İzvestiya”ya stomatoloq-cərrah və ortoped Vyaçeslav Minko müsahibəsində bildirib.
Onun sözlərinə görə, hamiləliyi planlaşdıran qadınlar adətən əvvəlcədən ümumi tibbi yoxlanışdan keçirlər. Bu zaman diş müayinəsi də vacibdir və mümkün problemlərin erkən aşkarlanaraq aradan qaldırılması tövsiyə olunur:
“Əvvəlcədən yoxlaşına baxmayaraq, bəzən hamiləlik zamanı qadın orqanizmində immun sistemin zəifləməsi nəticəsində müxtəlif patologiyalar, o cümlədən diş və diş əti problemləri yarana bilər”, – deyə Minko bildirib.
O vurğulayıb ki, hamiləlik dövründə yaranan diş ağrıları və patologiyalar orqanizmdə iltihabi prosesin göstəricisidir və bu hallar mütləq şəkildə tez bir zamanda müalicə olunmalıdır. Hətta ciddi zərurət olduqda, hamiləlik zamanı dişin çəkilməsi də mümkündür, çünki zədələnmiş dişin ağız boşluğunda qalması daha ağır fəsadlara yol aça bilər.
Minko həmçinin əlavə edib ki, bu dövrdə qadınlarda tez-tez kalsium çatışmazlığı müşahidə olunur ki, bu da kariyesin inkişafına səbəb ola bilər:
“Ona görə də düzgün qidalanma planı və vitamin-mineral əlavələri ilə bağlı ginekoloqla məsləhətləşmək vacibdir”, - deyə o xəbərdarlıq edib.
Nigar İlyasqızı
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.